Batan gəmidə itkin düşənlərdən ikisinin meyiti tapıldı

17 Fevral 2024 11:59

Mərmərə dənizində batan karqo gəmisinin itkin düşən 6 ekipaj üzvündən ikisini meyiti aşkarlanıb.

Milli.Az "report"a istinadən bildirir ki, ekipaj üzvlərinin axtarışları üç gündür davam edir.

Dənizdə 51 metr dərinlikdə təsbit edilən "BATUHAN A" adlı gəmiyə bu gün dalğıc endirilməsi gözlənilərkən itkin düşən 6 ekipaj üzvündən ikisinin meyitinin də orada olduğu müəyyənləşib.

Qeyd edək ki, gəmi fevralın 15-də əlverişsiz hava şəraiti səbəbindən batıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun