Rusiyada sənaye binasında güclü yanğın - VİDEO

17 Fevral 2024 10:29

Udmurtiyanın paytaxtı İjevskdə (Rusiya) sənaye binasında 3,5 min kvadratmetr sahədə yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, yanğın peşəkar yuyucu və dezinfeksiyaedici vasitələr istehsal edən müəssisədə qeydə alınıb.

Hadisə yerinə 100-dən çox mütəxəssis və 33 texnika cəlb edilib. Hazırda yanğın lokallaşdırılıb. Xəsarət alan yoxdur.

Fövqəladə vəziyyətin səbəbləri və şəraiti müəyyənləşdirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun