ABŞ-də dəhşətli partlayış - Ölən və yaralananlar var

17 Fevral 2024 09:25

ABŞ-nin Sterlinq şəhərində (Virciniya ştatı) binada baş verən partlayış nəticəsində yanğınsöndürən ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Daha 11 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Qeyd edilib ki, partlayış yanğınsöndürənlər hadisə yerinə gələndən az sonra baş verib.

Hadisə nəticəsində qonşu binalara da ziyan dəyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun