Lavrov: Britaniyanın Ukrayna ilə bağlı mövqeyi ABŞ-dən daha aqressivdir

16 Fevral 2024 21:07

Böyük Britaniyanın Ukrayna münaqişəsindəki mövqeyi ABŞ-nin xəttindən daha aqressivdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya uzaqmənzilli raketlər tədarük etməyi tövsiyə edib:

"Əldə etdiyimiz məlumatlara görə, Aİ "Rusiyanın ürəyinə çatmaq"dan ötrü uzaqmənzilli silahların Ukraynaya tədarükü haqqında tövsiyə hazırlayıb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun