Tanınmış iş adamı axtarışa verildi

16 Fevral 2024 18:24

Rusiyalı iş adamı və sənayeçi Mixail Sutyaginski Qazaxıstanda axtarışa verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Almatı Polis İdarəsi məlumat yayıb.

Məlumata görə, o, qətl təşkil etməkdə şübhəli bilinir:

"Yanvarın 30-da müttəhim qətlin təşkilində şübhəli şəxs qismində tanınıb. Həmin şəxs barəsində məhkəmənin hökmü ilə qiyabi həbs qətimkan tədbiri seçilib, barəsində axtarış elan edilib".

Qeyd edək ki, Mixail Sutyaginski Rusiyanın əsas iş adamlarından və sənayeçilərindən biridir. O, Rusiya Dövlət Dumasının deputatı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun