Seçici fəallığının artırılması ilə bağlı videoroliklər hazırlamaqda Trend BİA bizə böyük dəstək oldu – Gənc könüllü - VİDEO

16 Fevral 2024 17:44

Prezident seçkiləri ərəfəsində ictimai-siyasi proseslərə cəlb olunmaq, təbliğat- təşviqat xarakterli çoxsaylı videoreportajların və roliklərin hazırlanmasında iştirak etmək bizim üçün qüruruverici oldu. Bu prosesdə Trend Beynəlxalq İnformasiya Agentliyi bizə böyük dəstək verdi.

Bu fikirləri Trend-ə Xarici Dillər Universittinin Beynəlxalq jurnalistika fakültəsinin tələbəsi, gənc könüllü Oruc Ələsgərov bildirib.

O, əlavə edib ki, bir aya yaxın könüllü çalışdığı dövrdə çoxsaylı videorolik, reportaj və digər multimedia məhsullarının hazırlanmasında iştirak edib, digər könüllülərlə komanda şəklində işləyib.

İş prosesimiz həyəcanlı idi, eyni zamanda fəxr və qürurla çalışırdıq. Sonda fərqlənən könüllülərə Trend BİA tərəfindən təşəkkürnamə elan edildi. Bizə göstərilən hərtərəfli dəstəyə görə Trend BİA-ya dərin təşəkkürümü bildirirəm", - deyə o, əlavə edib.

Qeyd edək ki, Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə prezident seçkiləri ərəfəsində təbliğat-təşviqat proseslərinə cəlb edilmiş könüllülər yanvarın 15-dən fevralın 6-dək 200-dən çox multimedia məhsulu hazırlayıb. Gənclərin hazırladığı videoreportajlar Trend BİA-nın youtube, instagram, telegram və facebook səhifələrində yayımlanıb. Prosesdə daha fəal iştirak etmiş bir qrup gənc könüllüyə Trend BİA adından təşəkkürnamələr təqdim edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun