Şimal bölgəsində subasma təhlükəsi yarandı, sel qaz kəmərini dağıtdı
21 May 2010 13:14
Milli.Az xəbər portalı Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən xəbər verir ki, Ataçay çayının Siyəzən rayonu ərazisindən keçən hissəsində gursululuq yaranıb və sahil mühafizə bəndinin bir hissəsi dağılıb, rayonun Böyük Həmyə və Balaca Həmyə kəndlərində bəzi ərazilər daşqın suları ilə dolma təhlükəsi ilə üzləşib.
Yağıntıların səbəb olduğu sel nəticəsində Ataçay çayının üzərindən salınmış qaz boru xəttinin bir hissəsi dağılıb. İnsan tələfatı və tikililərdə dağıntı qeydə alınmayıb.
Görülmüş tədbirlər nəticəsində gecə saatlarında bənd bərpa olunub. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir.
Milli.Az