ATV-nin rəhbərinə mükafat verildi

17 Fevral 2024 06:06

Baş Prokurorluqda "İlin ən yaxşı müstəntiqi" və "İlin ən yaxşı dövlət ittihamçısı" müsabiqələrinin qaliblərinin, eləcə də "Prokurorluğun dostu" təltifinə layiq görülmüş media nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib.

Milli.Az olay-a istinadən bildirir ki, mərasimdə Baş prokuror Kamran Əliyev, Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, prokurorluq orqanlarının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Azad Azərbaycan Televiziyasının (ATV) prezidenti Azər Xəlilov "Prokurorluğun dostu" mükafatına layiq görülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun