Azərbaycanda seksual manyak həbsdə öldü

16 Fevral 2024 16:25

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıda yerləşən cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada saxlanılan məhkum Sahib Əlisəməd oğlu İbrahimov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, S.İbrahimov azyaşlı qıza qarşı seksual təcavüzdə təqsirli bilinərək həbs edilib. Onun əməlindən zərərçəkən yaxın qohumu olub.

Xatırladaq ki, son hadisə bu il doqquzuncu məhkum ölümüdür.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun