“Qızılca qeydə alınan siniflərdə şagirdlər tibbi müşahidəyə götürülür”

17 Fevral 2024 07:05

"Qızılca hadisəsi qeydə alınan siniflərdə şagirdlər tibbi müşahidəyə götürülür".

Milli.Az bildirir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq deyilib. Bildirilib ki, qızılca xəstəliyinin hazırda respublika üzrə olduğu kimi təhsil müəssisələrində də azalması müşahidə olunur:

"Ümumtəhsil, məktəbəqədər və digər təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi təmin edilir. Termometriya rejiminin təşkili, qızılca xəstəliyinə şübhəli uşaqların dərhal sağlam uşaqlardan təcrid olunmasına nəzarət aparılır. Qızılca hadisəsi qeydə alınan siniflərdə şagirdlər tibbi müşahidəyə götürülür".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun