Paşinyan Almaniyaya getdi

16 Fevral 2024 10:23

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Almaniyanın Münhen şəhərinə yola düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Paşinyan 16-18 fevral tarixlərində Almaniyada səfərdə olacaq, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, həmçinin bir sıra xarici ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun