Milli Məclis İlham Əliyevə təbrik məktubu göndərdi

16 Fevral 2024 10:07

Xalqımız liderinə inam və etibarını bir daha bəyan etdi. Bu müdrik seçim bölgədə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə Azərbaycan üçün çox uğurlu olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubu göndərilib.

Milli.Az