İran parlamenti sədrinin oğlu ölkədən qaçır - FOTO

16 Fevral 2024 09:54

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın oğlu İshaq Qalibafın Kanadaya viza almaq üçün cəhdləri nəhayət gerçəkləşib. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onun miqrasiya səyləri 2019-cu ildən davam edir və Kanada hökumətinin yüksək təhlükəsizlik yoxlamaları səbəbindən uzun müddət çəkib. İndi isə İshaq Qalibafın şikayətindən sonra məhkəmə onun xeyrinə qərar çıxarıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun