"Azərsığorta"nın lisenziyası ləğv edildi

16 Fevral 2024 09:30

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin və "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 yanvar 2024-cü il tarixli Fərman imzalanıb.

Milli.Az xəbər verir ki, qeyd edilən Fərman əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun