Mariya Stadnik çempion oldu

15 Fevral 2024 20:49

Güləşçimiz Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu.

50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.

Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun