"Yox olmamaq üçün azı iki uşaq lazımdır"

15 Fevral 2024 20:40

Dövlət xüsusən də bir neçə uşaqlı ailələrə dəstək verir. Əgər biz bir etnik qrup kimi, ya da Rusiyada yaşayan etnik qruplar kimi yaşamaq istəyiriksə, ən azı iki uşaq olmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

"Genişlənmək və inkişaf etmək üçün isə ən azı üç uşaq lazımdır", - deyə Putin "Uralvaqonzavod" işçiləri ilə söhbəti zamanı bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun