Belqorod atəşə tutuldu - 5 ölü - VİDEO

15 Fevral 2024 15:20

Ukrayna ordusu Rusiyanın Belqorod şəhərini raket atəşinə tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, raketlərdən biri ticarət mərkəzinə düşüb.

Raket qalıqlarının, həmçinin futbol meydançasına düşdüyü bildirilir.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 18 nəfər isə yaralanıb. 
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun