Ukraynanın bərpası bu məbləğə başa gələcək

15 Fevral 2024 14:16

Rusiya ilə münaqişədən sonra Ukraynanın bərpası 452,8 milyard avroya başa gələcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda qeyd olunub. 

"2023-cü il dekabrın 31-nə olan məlumata görə, Ukraynanın növbəti onillikdə yenidən qurulması və bərpası 486 milyard dollara (452,8 milyard avro) başa gələcək", - deyə məlumatda bildirilir.

Ötən il isə bu məbləğ 411 milyard dollar (383 milyard avro) olaraq qiymətləndirilirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun