Azərbaycanda gəmilərə Beynəlxalq Dəniz Təşkilatı ilə bağlı tələb qoyulub

15 Fevral 2024 13:47

Prezident İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yenilənmiş qanunla hər bir gəminin Beynəlxalq Dəniz Təşkilatından nömrəsi olmalıdır.

Bundan başqa, təsnifat cəmiyyətlərinə kiçikhəcmli gəmilər istisna olmaqla, digər gəmilərə texniki nəzarəti həyata keçirmək hüququ verilib.

Milli.Az