Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı hazırlanacaq

15 Fevral 2024 13:16

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı hazırlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin "Aviasiya haqqında" qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı ilə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Milli.Az