II Dünya müharibəsi dövrünə aid bomba tapıldı, 200 nəfər təxliyə edildi

15 Fevral 2024 11:27

Polşanın Skavina şəhərində İkinci Dünya müharibəsi dövrünə aid aviabomba aşkar edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq 200 nəfər təxliyə edilib.

Bildirilir ki, partlamamış bomba şəxsi ərazidə qazıntı işləri zamanı tapılıb.

Bombanın uzunluğunun 1 metrə çatdığı, diametrinin isə 20 santimetr olduğu qeyd olunub. Hazırda bombanın çıxarılması istiqamətində işlər aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun