Türkiyədə Mərmərə dənizində kargo gəmisi batıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə İmralı adasının cənub-qərbində qeydə alınıb.
Gəmidə ümumilikdə 6 nəfərin olduğu və hazırda onların xilas edilməsi istiqamətdə əməliyyat həyata keçirildiyi bildirilir.
Gəminin batdığı hissədə dalğaların hündürlüyünün 3 metrə çatdığı qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun