Türkiyədə ağır qəza: 18 yaralı var

15 Fevral 2024 10:11

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə türk KİV-ləri məlumat verib.

Məlumata görə, hadisə Yozqat-Kayseri yolunda baş verib.

Nəticədə 1 nəfər ölüb, üçü ağır olmaqla 18 nəfər yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun