ABŞ-də DƏHŞƏT: 1 ölü, 22 yaralı var

15 Fevral 2024 09:32

ABŞ-nin Kanzas şəhərində atışma olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Amerika Milli Futbol Liqasının qalibi olan "Kanzas Siti" klubunun çempionluq mərasimində baş verib.

Şəhər polisindən verilən açıqlamada, "Super Bowl" kimi tanınan çempionluğun qeyd edilməsi üçün şəhər meydanına toplaşan insanlar arasındakı izdihamda silah səsləri eşidilib.

Hadisə nəticəsində bir nəfər ölüb, 22-si isə yaralanıb.

Baş vermiş atışma ilə bağlı üç nəfər saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun