İsrail Nəbatiyyəni dronla vurub, 8 livanlı öldü

15 Fevral 2024 09:23

İsrailin Livanın cənubundakı Nəbatiyyə şəhərini vurması nəticəsində ölənlərin sayı artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyətinin yerli bölməsi məlumat yayıb.

Meslax yaşayış massivindəki üçmərtəbəli evə endirilən zərbə nəticəsində 8 nəfər ölüb.

Partlayış qonşu binalara və küçədəki avtomobillərə ziyan vurub.

Son bir gündə Livanın cənubunda İsrailin hücumları zamanı 13 nəfər ölüb, 11 nəfər yaralanıb.

Nəbatiyyə paytaxt Beyrutdan 75 kilometr məsafədə yerləşir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun