Qəzzada "Starlink" peykləri yerləşdirildi

15 Fevral 2024 08:20

"Starlink" peyk internet şəbəkəsinin Qəzzada yerləşməsi dinc əhaliyə yardım anlamına gəlir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı sahibkar, milyarder İlon Mask deyib.

"Biz İsrail əhalisinə yardım etdiyimiz kimi, Qəzzanın günahsız dinc sakinlərinə də yardım edəcəyik", - deyə o bildirib.

O, HƏMAS-ın şəbəkəyə giriş əldə edə bilməməsi üçün tədbirlər görüldüyünü də qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun