CAR Rəisinin səfərini təxirə saldı: Nə baş verir?

14 Fevral 2024 23:41

İran Prezidenti İbrahim Rəisinin Cənubi Afrika Respublikasına səfəri təxirə salınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Cənubi Afrika Prezidentinin Ofisi məlumat yayıb.

"İran Prezidenti İbrahim Rəisinin əvvəlcədən elan etdiyi səfər fevralın 27-dən qeyri-müəyyən müddətə təxirə salınıb", - məlumatda bildirilib.

İbrahim Rəisinin səfərinin təxirə salınma səbəbi açıqlanmayıb. Bununla belə, səfərin təxirə salınmasının İran deyil, CAR tərəfindən elan edilməsi müzakirələrə yol açıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun