Azərbaycan-Andorra biznes forumu keçiriləcək

2 İyun 2012 18:34
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Anspress-ə verilən məlumata görə, Andorranın nümayəndə heyətinin tərkibinə nəqliyyat, logistika, turizm, bank, mühəndislik, tullantıların idarə olunması və digər sahələrdə fəaliyyət göstərən biznes nümayəndələri daxildir.

Məlumata görə, bu, Andorranın iş adamlarının nümayəndə heyətinin Azərbaycana ilk səfəridir.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin yekunları üzrə Azərbaycanla Andorra arasında mal dövriyyəsi 240 milyon dollara yaxın təşkil edib. 2010-cu illə müqayisədə bu göstərici təxminən beş dəfə azalıb.

Milli.Az