Cavanşir Quliyevlə bağlı son məlumat

14 Fevral 2024 16:43

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı deyib.

"Ailə üzvləri ilə bu gün əlaqə saxladıq. Əməliyyatdan sonra hazırda həkim nəzarəti altındadır. Vəziyyəti getdikcə yaxşılaşır", - o bildirib.

Qeyd edək ki, Cavanşir Quliyev bir müddət öncə beyninə qan sızması səbəbindən İstanbulda xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun