Əhməd bacısını bu evdə öldürüb - ƏN SON GÖRÜNTÜLƏR - VİDEO

14 Fevral 2024 13:14

Xəbər verdiyimiz kimi. fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını qəsdən öldürməsilə bağlı əsaslı şübhələr yaranıb.

Xətai rayon prokurorluğunda cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda ibtidai istintaq davam edir.

Milli.Az RTV-yə istinadən qətl baş verən ərazidən görüntüləri təqdim edir:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun