Əfqanıstanın paytaxtı Kabildə reklam üçün istifadə edilən manekenlərin baş hissəsinin bağlanılması sosial şəbəkələrdə gülüş doğurub.
Milli.Az oxu.az-a istinadən bildirir ki, paylaşıma şərh yazan internet istifadəçiləri gördüklərini "Taliban"ın qadağaları ilə izah ediblər.
Qeyd edək ki, "Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən sonra manekenləri İslamda qadağan olunmuş bütlərlə eyniləşdirib və onların başlarının kəsilməsini və yaxud gizlədilməsini əmr edib.
Xatırladaq ki, Əfqanıstanda qadınların kişi həkimlərə müraciət etmələrinə qadağa qoyulub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun