Oleq Zıkov Latviya XİN-ə çağırıldı

14 Fevral 2024 11:23

Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə XİN-nin saytındakı məlumatda deyilir.

"Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Oleq Zıkov 14 fevral 2024-cü ildə Rusiyanın siyasi motivli ittihamlar irəli sürdüyü Latviyanın keçmiş və hazırkı dövlət qulluqçularının açıq şəkildə yayımlanan siyahısı ilə bağlı izahat almaq üçün Latviya XİN-ə çağırılacaq", - məlumatda qeyd edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun