Sumqayıt şəhərində özünü 5-ci mərtəbədən atan şəxs sağ qalıb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu yaşadığı mənzilin eyvanından özünü ataraq intihara cəhd edib.
Binanın 5-ci mərtəbəsindən düşməsinə baxmayaraq, o sağ qalıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun