Şimali Koreya bir neçə qanadlı raket buraxıb

14 Fevral 2024 07:28

Şimali Koreya şərq sahillərindən bir neçə qanadlı raket buraxıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Buraxılış saat 09:00 (Bakı vaxtı ilə 04:00) radələrində baş verib, raketlər Vonsandan şimal-şərqdə aşkar edilib. Onların sayı dəqiqləşdirilməyib.

Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanı izləmək üçün ABŞ-la koordinasiya etdiyini vurğulayıb.

Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri beşinci qanadlı raket buraxılışıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun