Türkiyədə mədəndə torpaq sürüşməsi - 9 nəfər torpaq altında qaldı

13 Fevral 2024 18:33

Türkiyənin Ərzincan vilayətində qızıl mədənində baş verən torpaq sürüşməsi zamanı mədənin 9 işçisi torpaq altında qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ərzincan bələdiyyə sədri bildirib.

Hazırda ərazidə onların xilas edilməsi istiqamətində iş aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun