İran parlamentinin saytına kiberhücum oldu

13 Fevral 2024 17:29

İran parlamentinin və "Khane-ye Mellat" agentliyinin saytlarına kiberhücum edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.

Məlumata görə, bu gün səhər saatlarından etibarən sözügedən saytlardan istifadə etmək mümkün deyil. 

Hazırda kiberhücumun nəticələrinin miqyası müəyyənləşdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun