Ermənistan bir daha sübut etdi ki, sülh istəmir – Rufiz Hafizoğlu - VİDEO

13 Fevral 2024 16:18

Azərbaycan sərhədçisinin snayperlə vurulması bir daha sübut edir ki, Ermənistan sülh istəmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Al Arabiyya" telekanalına açıqlamasında Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

O qeyd edib ki, Ermənistan olduqca aqressiv mövqe nümayiş etdirir və bu, təsadüfi deyil.

"Baş verən hadisə iki dövlət arasında münasibətlərin normallaşmasına zərbədir. Ermənistan hazırda Fransa və Hindistandan silah tədarük edir və bu, bir daha onu göstərir ki, onlar sülh istəmir", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun