Rusiyada Ermənistanın "Jermuk" suyunun satışı dayandırılacaq

13 Fevral 2024 15:50

Rusiya Ermənistan istehsalı "Jermuk" mineral suyunun satışını dayandıracaq.

Milli.Az APA-ya istinadən bildirir ki, buna səbəb "Jermuk" suyunu içən Vladiqafqaz sakininin mədəsinin yanması olub.

Məlum olub ki, butulkada suyun əvəzinə sirkə olub.

Rospotrebnadzor da məlum insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki qurum təhlükəsizliyin yoxlanılması məqsədilə ölkə ərazisində "Jermuk" ticarət markasının bəzi su partiyalarının satışını dayandırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun