Gəncə Dövlət Filarmoniyası "Musiqi yolu" layihəsinə start verir

13 Fevral 2024 13:39

Gəncə Dövlət Filarmoniyası bu gündən etibarən "Musiqi yolu" layihəsinə start verir.  Sosial şəbəkələrdə "Gəncə Dövlət Filarmoniyasından salamlar" və "Gəncə Dövlət Filarmoniyasına salamlar" sloqanları ilə baş tutacaq layihənin əsas məqsədi paytaxt Bakıda, Gəncə və digər regionların mədəniyyət müəssisələrində, konsert salonlarında fəaliyyət göstərən musiqiçilər arasında musiqi mübadiləsi yaratmaq, inkişaf etdirməkdir.

Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə layihəyə sosial şəbəkələr vasitəsilə ölkəmizin bütün regionlarından musiqiçilər qoşulacaqlar. Keçiriləcək layihə həmçinin yaradıcı insanların tanınmasında böyük rol oynayacaq.

Qeyd edək ki, layihə ilin sonunadək davam edəcək.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az