“Qarabağ” bu gün Portuqaliyaya gedir

13 Fevral 2024 13:24

Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə qarşılaşacaq "Qarabağ" bu gün Portuqaliyaya uçacaq.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan çempionu Bakı vaxtilə 17:00-da çarter reysi ilə Porto şəhərinə yollanacaq. 

Ağdam təmsilçisi Portodan Braqaya isə avtobusla gedəcək. Bu iki şəhər arasında təxminən 50 dəqiqəlik məsafə var. 

Qeyd edək ki, "Braqa" - "Qarabağ" matçına fevralın 15-də 00:00-da start veriləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun