Son 4-5 aydır hökm sürən sabitlik qısa çəkdi. Ötən gün Ermənistan tərəfi Azərbaycana qarşı növbəti təxribata əl atıb. Qafan rayonu istiqamətindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb. Bərdə rayonunda doğulan Xəlilzadə Pərviz Ağakişi oğlunun vəziyyəti hazırda normaldır. Onun müalicəsi davam etdirilir.
Bu gün səhər saatlarında düşmən Tovuzdakı mövqelərimizi atəşə tutub. Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə bu kimi təhrikedici əməllər açıq-aşkar ziddiyyət təşkil edir. Məhz istənilən də budur ki, hadisə rəsmi İrəvanın iradəsindən kənar açılmış atəş kimi təqdim olunsun. Amma, atəşin snayperdən açılması təxribatın məqsədini bir növ üzə çıxarmış olur. Aydın məsələdir ki, snayper dünyanın istənilən silahlı qüvvələrində döyüş tapşırığı alandan sonra fəaliyyətə başlayır. Bu səbəbdən də İrəvan hərbçini təqsirkar bilib hadisəni sülh prosesinin uzanmasını istəyən qrupların oyunu kimi təqdim etməyə çalışsa da, reallıq belə deyil. Bəs Ermənistanın bu təxribatı törətməkdə məqsədi nədir?
Əvvəla onu qeyd edim ki, Fransa tərəfindən sürətlə silahlandırılan, Hindistandan silah alan, Yunanıstan və Kiprlə təlimlər keçirən Ermənistanın bu tip təxribatlara hazırlaşdığı aşkar sezilirdi. Bununla bağlı siyasi və hərbi ekspertlər dəfələrlə açıqlama vermişdi. Onlar bu qədər "get-gəllərin ( Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması - red ) belə bir təxribatla nəticələnəcəyi barədə xəbərdarlıq etmişdi. Görünür, ABŞ və Fransa Azərbaycanı yenidən müharibəyə təhrik etmək istəyirlər.
Ermənistana belə bir təxribat ona görə lazımdır ki, həm Zəngəzur dəhlizinin təhlükəsizliyini göstərmiş olsun, həm də, Aİ missiyasının bölgədə qalmasına "aqrument" yaransın. Ermənistan rəhbərliyi vəziyyəti bilərək gərginləşdirir. Snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsi əvvəldən planlaşdırılıb. Baş vermiş hadisə sülh prosesinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına ciddi zərbədir. Bu kimi təxribatların arxasında Qərb dayanır. Aydın məsələdir ki, Qərb Yaxın Şərqdə vəziyyəti gərginləşdirdiyi kimi, Cənubi Qafqazda da münaqişə ocağı yaratmağa çalışır, burada da oxşar qanlı proseslərin cərəyan etməsinə şərait yaradır.
Qeyd edim ki, Dövlət Sərhəd Xidməti səhər saatlarında "qisas əməliyyatı" barədə məlumat yayıb. Məlumatda erməni postunun darmadağın edildiyi, onların itkilərinin olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır və Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək.
Rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan hər zamankı kimi sülhün tərəfindədir. Lakin, bu, heç də hər təxribata susacağımız mənasını vermir. Necə ki, bu gün DSX-nin "qisas əməliyyatı" kimi...
Bəxtiyar Umarlı
Milli.Az