Türkiyədə turistləri daşıyan avtobus qəza törətdi - yaralılar var

13 Fevral 2024 10:45

Türkiyənin Bursa şəhərində Qətər, İraq və İndoneziyadan gələn turistləri daşıyan tur avtobusu qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər turist xəsarət alıb, onlardan dördü azyaşlıdır.  Qəzaya yolun yağışdan sonra sürüşkən olması səbəb olub.

Qeyd olunur ki, avtobus əvvəl yanacaqdoldurma məntəqəsinin işarəsinə, ardınca beton işıq dirəyinə çırpılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun