ABŞ-də Nyu-York metrosunda qatarda atışma nəticəsində bir yeniyetmə ölüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verib.
Qeyd olunur ki, 12-17 yaş arasında olan daha beş nəfər xəsarət alıb. Səbəbi məlum olmayan mübahisə bazar ertəsi saat 16:40 radələrində (Bakı vaxtı ilə 01:40, çərşənbə axşamı - red.) Bronks ərazisində baş verib.
Şahidlər 10-dan çox atəş səsi eşidiblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun