Qazaxıstanda dəhşətli qəza - 3 avtobus toqquşdu, xeyli sayda yaralı var

13 Fevral 2024 10:25

Qazaxıstanda üç sərnişin avtobusu toqquşub, 17 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Almatı Səhiyyə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, üç marşrut avtobusu və minik avtomobilinin toqquşması zamanı 17 nəfər xəsarət alıb, 14-ü xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun