Bakıda küçədən meyit tapıldı

13 Fevral 2024 09:50

Bakının mərkəzində küçədən meyit tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəsimi rayonunun Salatın Əsgərova küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində kişi meyiti aşkar edilib.

İlkin məlumatda ölən şəxsin daimi yaşayış yerinin olmadığı bildirilir. Onun şəxsiyyətinin müəyyən edilməsi və yaxınlarının tapılması istiqamətində iş aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun