Hamilə qadın betonqarışdıran maşının altında qalaraq ÖLDÜ

13 Fevral 2024 09:33

İstanbulun Ataşehir şəhərində işıqforda salfet satan hamilə qadın betonqarışdıran maşının altında qalaraq dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Səlim Baycanın idarə etdiyi 34ST8951 nömrə nişanlı betonqarışdıran maşın küçədə işıqforda salfet satan Asya Sarmaşığı əzib.

Qadın durduğu yerdən bir neçə metr sürüklənib, sonra da bətnindəki uşaqla birgə ölüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun