“Meta”nın mətbuat katibi Rusiyada terrorçu kimi tanındı

13 Fevral 2024 13:07

Rusiyanın "Rosfinmonitoring" şirkəti "Meta"nın mətbuat katibi Endi Stounu ekstremistlər və terrorçular siyahısına əlavə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinə əsasən, banklar bu reyestrə daxil edilmiş şəxslərin vəsaitlərini dondurur və xidmətlərini dayandırırlar.

Qeyd edək ki, "Meta" şirkəti Rusiyada ekstremist təşkilat kimi qəbul edilib və fəaliyyəti qadağan edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun