Sumqayıtda evdə partlayış olub

13 Fevral 2024 08:31

Sumqayıtda partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Hadisə Corat qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

İlkin məlumata görə, qaz sızması nəticəsində baş verən partlayışda Sumqayıt şəhər sakini, 2006-cı il təvəllüdlü Əlizadə İsmayıl Zabit oğlu yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az