Sonu olmayan müharibəni maliyyələşdiririk - Ellitorp

13 Fevral 2024 08:52

ABŞ Kiyevə hərbi yardım əvəzinə Ukraynadakı münaqişəyə son qoyacaq danışıqlara başlamalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu amerikalı siyasətçi Hanna Ellitorp bildirib.

"Ukraynada müharibənin qarşısı alına bilərdi və alınmalı idi. Biz bu münaqişəyə son qoymaq üçün danışıqlara başlamalıyıq. Əvəzində sonu olmayan müharibəni maliyyələşdiririk", - deyə siyasətçi deyib.

Ellitorp qeyd edib ki, ABŞ Ukraynada sülhün bərqərar edilməsi üçün heç bir diplomatik səylərdə iştirak etmir, həmçinin Kiyevə daxil olan vəsaitlərə nəzarət etmir.

Milli.Az