Bayden: ABŞ İordaniyadakı qüvvələrinə hücumlara cavab verəcək

13 Fevral 2024 07:35

ABŞ hakimiyyəti İordaniyada Amerika qüvvələrinə hücuma cavab olaraq əlavə tədbirlər görmək niyyətindədir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bazar ertəsi Ağ Evdə İordaniya Kralı II Abdullah ilə birgə çıxışı zamanı deyib.

ABŞ Prezidenti qeyd edib ki, yanvarın sonunda İordaniyadakı Amerika hərbçiləri "İranın dəstəklədiyi radikal silahlı qrup"un hücumuna məruz qalıb. "ABŞ qüvvələri o vaxtdan İraq və Suriyadakı hədəfləri vurub. Cavabımız davam edəcək", - Bayden əlavə edib.

Milli.Az